“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib - VİDEO

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib - VİDEO

Tarix: 16 May 2026 10:29

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar uğurla tamamlanıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər.

Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər.

Aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və desant qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb.

Müdafiə Nazirliyi təlim

Mənbə: apa.az

Xəbər Lenti