Bakıxanov qəsəbəsində sexdə yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Tarix: 18 May 2026 12:44

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

12.35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Bakıxanov qəsəbəsi yanğın

Xəbər Lenti