Ucarda yol qəzası olub, ölən var

Ucarda yol qəzası olub, ölən var

Tarix: 23 May 2026 18:07

Ucarda yol qəzası olub, ölən var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Qazyan kənd sakini, 1959-cu il təvəllüdlü Xanlar Abdullayevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Turan Hüseynovun idarə etdiyi "Mercedes sprinter" markalı maşın toqquşub.

Nəticədə "VAZ 2107"-nin sürücüsü hadisə yerində həyatını itirib. Fakt araşdırılır.

Zahid Abışov Ucar yol qəzası
Ucarda yol qəzası olub, ölən var

Mənbə: apa.az

Xəbər Lenti