Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Tarix: 23 May 2026 22:31

Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində ölüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda deyilir.

Firuzə Vahid XİN Təbriz

Mənbə: apa.az

Xəbər Lenti