“Qarabağ”ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

“Qarabağ”ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

Tarix: 01 Dec 2023 10:55

“Molde”yə qarşı matçda inamlı oyunu ilə diqqət çəkən “Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçılar sırasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, rusiyalı çərçivə qoruyucusu 5 oyunda 19 seyvlə yadda qalıb. 

Bu göstəricidə o, Moldovanın “Şerif” klubunun qapıçısı Maksim Kovalla 4-5-ci yerlərdə qərarlaşıb. 

Siyahıya Polşanın “Rakuv” klubunun qapıçısı Vladan Kovaçeviç başçılıq edir. O, 25 dəfə rəqiblərin zərbələrini dəf edib. Kiprin “Aris” klubunun çərçivə qoruyucusu Vana (24) 2-ci, Avstriyanın “Şturm” klubunun qapıçısı Kyell Şerpen (20) 3-cüdür. 

Mənbə: qafqazinfo.az

Xəbər Lenti