Bazar ertəsi, 25 May, 2026
Tarix: 24 May 2026 23:02
Füzuli rayonunda bədbəxt hadisə baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb.
Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at belində qoyun otararkən onu ildırım vurub.
Nəticədə 77 yaşlı kişi hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy Füzuli ildırım bədbəxt hadisə ölüm
Mənbə: apa.az