Bazar ertəsi, 25 May, 2026
Tarix: 25 May 2026 16:22
Mayın 25-də saat 10:30 radələrində zəhərlənmə şübhəsilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
"Dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir", məlumatda deyilir.
***
12.49
Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb.
Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Zahid Abışov Zərdab dəm qazı
Mənbə: apa.az