İmişlidə yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB 2

İmişlidə yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB 2

Tarix: 25 May 2026 20:35

İmişlidə baş verən qəzada yaralanan şəxslərdən daha bir nəfəri ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün İmişli şəhərində baş verən qəzada ölənlərin sayı üçə çatıb.

Ağır vəziyyətdə İmişli xəstəxanasının reanimasiya şöbəsində müalicə alan "Tayota Prius"un sürücüsü İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Murad Vəli oğlu ölüb.

***

10:16

Mayın 24-də saat 23:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (1 qadın, 5 kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın yerli bürosuna TƏBİB-dən bildirilib.

"Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əzilmiş yaraları, travmatik şok, sol əlin üst səthinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır və orta-ağır qiymətləndirilən 2 nəfərin (kişi və qadın cinsli) müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. 3 nəfərin (hər üçü kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Göstərilən zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1993-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib", məlumatda deyilir.

Qeyd edək ki, hadisə nəticəsində daha bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

00.16

İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb. “Mercedes” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəzada ölənlərin Cəfərli kənd sakinləri, 1993-cü il təvəllüdlü Vüqar İsgəndərli və 1990-cı il təvəllüdlü Təhməz Əliyev olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı imişli qəza

Mənbə: apa.az

Xəbər Lenti