Kürdəmirdə körpə 5-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb

Kürdəmirdə körpə 5-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb

Tarix: 26 May 2026 08:16

Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Babək küçəsində baş verib.

Belə ki, şəhər sakini, 2023-cü il təvəllüdlü Vahidov Yusif Qədir oğlu ehtiyatsızlıqdan yaşadığı hündürmərtəbəli binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov körpə

Mənbə: apa.az

Xəbər Lenti