Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb - FOTO

Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb - FOTO

Tarix: 26 May 2026 12:00

Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb.

APA xəbər verir ki, Oğuz rayonunun Sincan kəndi ərazisində 14 ədəd qızılağac və qovaq ağacının kəsilməsi, nəticədə təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 30 yaşlı kənd sakini Abdulhafiz Bəşirli saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Vüqar Heydərov Oğuz qanunsuz ağac kəsmək
Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb - FOTO
Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb - FOTO
Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti