Gəncədə zəncirvari qəza olub

Gəncədə zəncirvari qəza olub

Tarix: 15 Nov 2023 10:41

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürousnun məlumatına görə, hadisə şəhərin Nəriman Nəriman prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ- 21099“-la “VAZ-2106“ markalı minik maşını toqquşub. Daha sonra “ VAZ-2106“ yol kənarında dayanan “Mersedec“ markalı minik maşınına çırpılıb. Xəsarət alan olmasa da, avtomobillərə ziddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti