Qaxda 3 maşın toqquşub, xəsarət alan var - YENİLƏNİB

Qaxda 3 maşın toqquşub, xəsarət alan var - YENİLƏNİB

Tarix: 01 Dec 2023 14:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" və "Ford" markalı iki yük avtomobili və “Москвич” markalı minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

12.48

Qaxda minik avtomobilləri toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, Qax şəhərinin gürişində baş verib.

İlkin məlumata görə, avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti