Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib

Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib

Tarix: 01 Dec 2023 16:11

Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxinin müəyyənləşdirilməsi ilə əlaqədar idarənin Ali Dini Şurasının iclası keçirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, iclas zamanı GMİ-nin şeyx namizədlərinin səsvermə prosesi həyata baş tutub.

Ali Dini Şuranın səs çoxluğu ilə, Hacı Faiq Nəbiyev 5 il müddətliyinə Bütün Gürcüstan Müsəlmanları İdarəsinə (BGMİ) şeyx seçilib.

Mənbə: apa.az

Xəbər Lenti