Bazar ertəsi, 1 İyun, 2026
Tarix: 01 Jun 2026 12:20
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən ay icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə may ayında 173 piyada əleyhinə mina, 111 tank əleyhinə mina, 1537 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 7520, 2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Emin Şirvanzadə ANAMA mina aylıq xronika

Mənbə: apa.az