Bakıda şəhid atası gəlinini öldürüb

Bakıda şəhid atası gəlinini öldürüb

Tarix: 01 Jun 2026 18:36

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.

APA xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb.

Adıgözəl Məmmədov saxlanılıb.

İlkin məlumata görə, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır.

Qətl Ramana

Mənbə: apa.az

Xəbər Lenti