Çərşənbə axşamı, 2 İyun, 2026
Tarix: 01 Jun 2026 22:58
Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb.
APA-nın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Cəlilabad bədbəxthadisə azyaşlı boğulma hadisə
Mənbə: apa.az