Çərşənbə axşamı, 2 İyun, 2026
Tarix: 02 Jun 2026 09:13
Bakıda dəmir yoluna çıxan kişini qatar vurub.
APA xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Hadisə nəticəsində Anar Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev APA-ya bildirib ki, hadisə dünən baş verib:
"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Dəmir yolunu nəqliyyat vasitəsilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər”.
Emin Şirvanzadə qatarMənbə: apa.az