İrandan Rusiyaya kahı aparan yük maşınında külli miqdarda narkotik aşkarlanıb - FOTO

İrandan Rusiyaya kahı aparan yük maşınında külli miqdarda narkotik aşkarlanıb - FOTO

Tarix: 02 Jun 2026 10:28

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən xəbərə görə, “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəriləri “kahı“ ilə örtülən 191 ədəd bağlamadan xalis təmiz çəkisi 22 kiloqram 565 qram külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ceyhun Məmmədov "Kahı" yükü külli miqdarda narkotik
İrandan Rusiyaya kahı aparan yük maşınında külli miqdarda narkotik aşkarlanıb - FOTO
İrandan Rusiyaya kahı aparan yük maşınında külli miqdarda narkotik aşkarlanıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti