Çərşənbə, 29 İyul, 2026
Tarix: 03 Jun 2026 10:06
Lənkəranda avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Ə.Qulamov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Lənkəran yol qəza piyada
Mənbə: apa.az