Çərşənbə, 29 İyul, 2026
Tarix: 04 Jun 2026 12:12
Qaxda yol qəzası olub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəndə baş verib.
İran İslam Respublikasına məxsus yanacaqdaşıyan maşın idarəetmədən çıxaraq meşəlik əraziyə aşıb. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov Qax yol qəza


Mənbə: apa.az