Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Tarix: 04 Jun 2026 14:19

Cəlilabadda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndinin girəcəyində qeydə alınıb. Biləsuvar rayonu istiqamətində hərəkətdə olan "Kia" markalı minik avtomobili qarşıdan gedən "Zil" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Zil" yol kənarına aşıb. İlkin məlumata görə, bir neçə nəfər xəsarət alaraq rayon xəstəxanasına hospitalizasiya olunub.

"Kia"da olanların toya getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Cəlilabad yol qəzası xəsarət
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Mənbə: apa.az

Xəbər Lenti