Binəqədidə kranda köməksiz qalan şəxs xilas edilib - VİDEO

Binəqədidə kranda köməksiz qalan şəxs xilas edilib - VİDEO

Tarix: 04 Jun 2026 17:56

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində vətəndaşın kranda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın tikilməkdə olan binanın ərazisində fəaliyyət göstərən hündürlüyü təxminən 50 metr olan qülləli kranın kabinasında səhhətinin pisləşməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən təhlükəsizlik məqsədilə alpinist ləvazimatlarının tətbiqi ilə 1963-cü il təvəllüdlü Zamıyev Zalı Dünyamalı oğlu krandan endirilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi xilasetmə

Mənbə: apa.az

Xəbər Lenti