“Bakı Hövsan Beynəlxalq Ticarət Limanı” ASC-nin rəhbəri Ruslan Eyyubov ev dustaqlığına buraxılıb

“Bakı Hövsan Beynəlxalq Ticarət Limanı” ASC-nin rəhbəri Ruslan Eyyubov ev dustaqlığına buraxılıb

Tarix: 05 Jun 2026 14:09

Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri Ruslan Eyyubov barəsində qərar verilib.

APA xəbər verir ki, iyunun 4-də Binəqədi Rayon Məhkəməsində qəbul edilən qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, Ruslan Eyyubovun ev dustaqlığına buraxılması ilə bağlı ilk xəbəri Qafqazinfo.az yayıb.

Təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə saxlanılıb, ötən ilin dekabr ayında barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə qərar “Bakı Hövsan Beynəlxalq Ticarət Limanı” Ruslan Eyyubov siqaret qaçaqmalçılıq

Mənbə: apa.az

Xəbər Lenti