Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - VİDEO

Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - VİDEO

Tarix: 05 Jun 2026 17:04

“Hər şey yaxşıdır. Valideynlərim narahat olmasın”.

Bunu APA-nın Rusiya bürosuna video açıqlamasında bu gün Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşı Samir İbadzadə deyib.

Hazırda Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində olan Samir İbadzadə vəziyyətinin normal olduğunu qeyd edib.

https://t.me/apa_az/120520

Qeyd edək ki, 5 iyunda Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib.

O bildirib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.

Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub. Belə ki, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar.

Fərid Əkbərov dron hücumu Azov dənizi

Mənbə: apa.az

Xəbər Lenti