Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 00:10
İmişli rayonunda bir nəfərin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
Bildirilib ki, 11-ci sinif məzunu T. Mirişov çayda boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Əlibəy Zeynallı İmişli Araz çayı boğulma hadisəsi
Mənbə: apa.az