Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 10:44
Bakıda ata və oğul dəm qazından boğulub.
APA xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib.
İlkin məlumata görə. 13 yaşlı K.Abıyev və atası Ə. Abıyevin meyiti tapılıb. Onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, K.Abıyev Nəsimi rayonundakı 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Onun ölümü barədə məktəbin sosial media hesabında məlumat paylaşılıb.
dəm qazı Bakı ata və oğul
Mənbə: apa.az