Çərşənbə axşamı, 9 İyun, 2026
Tarix: 09 Jun 2026 14:34
İyunun 7-də Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
FHN Araz çayı İmişli axtarış
Mənbə: apa.az