Çərşənbə, 10 İyun, 2026
Tarix: 10 Jun 2026 20:31
ABŞ Prezidenti Donald Tramp yaxın saatlarda İrana qarşı yeni və sərt zərbələrin endiriləcəyini açıqlayıb.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz onları dünən sərt şəkildə vurduq. Bu gün də yenidən sərt şəkildə vuracağıq”, - deyə ABŞ prezidenti qeyd edib.
Onun sözlərinə görə, bu qərar İran qüvvələrinin ABŞ-a məxsus helikopteri vurması ilə əlaqədardır.
“Düşünürəm ki, bizim buna haqqımız var. Onlar inanılmaz bir maşını vurublar”, - deyə Tramp bildirib.
ABŞ lideri söhbətin hansı helikopterdən getdiyini dəqiqləşdirməsə də, daha əvvəl Vaşinqton İranı Hörmüz boğazı yaxınlığında ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmaqda ittiham etmişdi.
ABŞ Donald Tramp İran Ağ Ev
Mənbə: apa.az