Cümə axşamı, 11 İyun, 2026
Tarix: 11 Jun 2026 12:32
Süni intellekt texnologiyaları hüquqi baxımdan müəyyən risklər də yaradır.
APA xəbər verir ki, bunu Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində keçirilən canlı yayımda Baş Prokurorluğun Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev deyib.
O bildirib ki, bir sıra hallarda avtomatlaşdırılmış fişinq kampaniyalarının təşkili, dezinformasiyaların yayılması müşahidə olunur: “Bu texnologiyalar cinayətkarlar tərəfindən istifadə olunur. Kibertəhlükəsizliklə bağlı bir çox məlumatlar aşkarlanır. Süni intellektdən istifadə edərək bunlara qarşı mübarizə də effektiv nəticələr də verir".
Firuzə Vahid Süni intellekt texnologiyaları hüquqi risklər
Mənbə: apa.az