Cümə axşamı, 11 İyun, 2026
Tarix: 11 Jun 2026 13:28
Quba rayonunda 74 yaşlı kişi ehtiyatsızlıqdan aldığı xəsarətdən ölüb. APA xəbər verir ki, hadisə iyunun 10-da Cağacuq kəndində baş verib. Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evdə işləyərkən ehtiyatsızlıqdan laqunda ilə ayaq nahiyəsinə xəsarət yetirib. O, xəstəxanaya aparılarkən qanaxmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.
Selcan Zaurqızı Quba xəsarət ölüm faktı
Mənbə: apa.az