Cümə axşamı, 11 İyun, 2026
Tarix: 11 Jun 2026 17:48
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
16.23
Göygöl rayonunda 2 nəfər göldə boğularaq ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib.
Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.
İlkin məlumata görə, suda boğularaq ölənlərdən biri 2017-ci, digəri 2016-cı il təvəllüdlü azyaşlılardır.
Fuad Nazimoğlu Göygöl suda boğulmaq
Mənbə: apa.az