Çərşənbə, 29 İyul, 2026
Tarix: 12 Jun 2026 13:56
Abşeron rayonu, Xırdalan şəhərində yanğın olub.
FHN-dən APA-ya verilən məlumata görə, "Abşeron Gənclər şəhərciyi"ndə baş verən yanğının qarşısı dərhal alınıb.
"Yanğın, DOST Mərkəzində deyil, binanın yaxınlığında məişət tullantıları yığılan sahədə baş verib və dərhal söndürülüb", məlumatda deyilir.
Abşeron Gənclər şəhərciyi yanğın
Mənbə: apa.az