Bazar, 14 İyun, 2026
Tarix: 14 Jun 2026 11:25
Xəbərə fotolar əlavə edilib.
***
11:05
Ağdam rayonunun Qaradağlı kəndində ildırım düşməsi nəticəsində mağaza və mebel sexində yanğın baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğınsöndürmə texnikaları cəlb olunub. Yanğının genişlənməsinin qarşısını almaq məqsədilə Ağcabədi və Bərdə rayonlarından əlavə yanğınsöndürən qüvvələr də əraziyə göndərilib.
Yanğınsöndürənlərin həyata keçirdiyi əməliyyat nəticəsində alov tam söndürülüb, yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Hadisənin səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.
Elgün Gəncimsoy



Mənbə: apa.az