Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 02 Dec 2023 18:35
Bu gün Azərbaycan Basketbol Liqasında keçirilən “Sərhədçi” - NTD görüşü maraqlı anla yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, nominal meydan sahiblərinin oyunçusu Brendon Miller ikinci periodun sonunda fantastik atışla diqqət mərkəzinə düşüb.
O, meydanın mərkəzindən topu səbətə göndərib.
Qeyd edək ki, qarşılaşma NTD-nin 97:89 hesablı qələbəsi ilə bitib.
Mənbə: qafqazinfo.az