Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

Tarix: 26.04.2024 21:34

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin iştirakı ilə ABŞ-nin Vaşinqton şəhərində ilk işgüzar səfər baş tutub.

APA xəbər verir ki, səfərin birinci günündə ABŞ Dövlət Departamenti, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən “Avrasiyadakı geosiyasi dəyişikliklər fonunda ABŞ-nin maliyyə siyasəti” mövzusunda brifinq təşkil edilmişdir. Növbəti hissədəki görüş Amerika Banklar Assosiasiyasının (Assosiasiya) Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə olmuşdur.

Bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədilə təşkil olunan səfərdə Assosiasiya tərəfindən “Amerika bankları ilə müxbir bank əlaqələrinin qurulması: sadədən ən yaxşı təcrübələrə qədər” mövzusunda, bank sektorundakı qlobal trendlər, süni intellektin maliyyə sahəsindəki rolu, risklərin idarə edilməsi, komplayns və s. mövzularda müzakirələr aparılmış, suallar cavablandırılmış, belə görüşlərin davamlı olmasının əhəmiyyəti və birgə maarifləndirici tədbirlərin keçirilməsinin önəmi vuğulanmışdır.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

23 aprel 2024-cü il tarixində Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi ilə ABŞ-nin Vaşinqton şəhərində baş tutan işgüzar səfərin ikinci günündə Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev və “Bank of New York Mellon” (BNY Mellon) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.

Honeyvell Texnologiya və Təcrübə Mərkəzində baş tutan görüşdə “BNY Mellon”un rəhbər əməkdaşları tərəfindən süni intellektin bank əməliyyatlarında tətbiqi, risklərin idarəedilməsi, kreditləşmə sahəsində imkanlar, komplayns mövzularında təqdimat və çıxışlar edilmiş, suallar cavablandırılmışdır.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Xəbər Lenti