Bazar ertəsi, 30 Mart, 2026
Tarix: 30 Mar 2026 13:04
Daşkəsəndə güclü yağış fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, leysan yağışları nəticəsində ümumi uzunluğu 3 km olan Daşkəsən-Alunitdağ avtomobil yolunun 2-ci km-də sürüşmə baş verib. Nəticədə yol bağlanıb. Əraziyə "31 saylı Yol İstismarı" MMC-nin, digər qurumların əməkdaşları cəlb edilib. Tədbirlər nəticəsində yolda hərəkət qismən təmin edilib. Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda ərazidə bərpa işləri davam edir.
Fuad Nazimoğlu Daşkəsən güclü yağış fəsad







