İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib

İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib

Tarix: 25 Oct 2026 00:56

İran ABŞ-a limanlarına tətbiq edilən blokadanın aradan qaldırılması müqabilində Hörmüz boğazında gəmi nəqliyyatının bərpasını təklif edib.

APA xəbər verir ki, bu barədə “əl-Arabiyyə” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin məlumatına görə, Tehran bu təklifi artıq Pakistan vasitəsi ilə Vaşinqtona çatdırıb.

İran həmçinin Pakistana ABŞ-la danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İran tərəfi hələlik məlumata münasibət bildirməyib.

İran ABŞ Hörmüz

Mənbə: apa.az

Xəbər Lenti