"PAŞA Həyat" ən çox tövsiyə olunan həyat sığortası şirkəti seçilib

Tarix: 30 Apr 2024 14:18

“Business Insight” araşdırma qrupunun keçirdiyi Müştəri Loyallığı İndeksi (NPS –NET Promoter Score) rəy sorğusu nəticəsində "PAŞA Həyat" sığorta şirkəti ən çox tövsiyə olunan həyat sığortası şirkəti seçilib.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib.

Qeyd edilib ki, araşdırmaya əsasən, mindən çox respondent arasında keçirilən sorğuda “PAŞA Həyat” liderlik əldə edib.

Xəbər Lenti