“SOCAR Polymer”in ixrac gəlirləri 26%-dən çox azalıb

Tarix: 30.04.2024 16:10

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Polymer” MMC 56,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrün ilə müqayisədə 20,4 milyon ABŞ dolları və ya 26,6 % azdır.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib.

Xəbər Lenti