Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 03 Dec 2023 23:27
Türkiyənin “Beşiktaş” klubuna yeni prezident seçilib.
“Qafqazinfo” xəbər verir ki, keçirilən seçkilərin qalibi Hasan Arat olub.
H.Arat bu mübarizədə Serdal Adalını qabaqlayıb.
Bununla da o, “qara qartallar”ın 35-ci başqanı olub.
Qeyd edək ki, “Beşiktaş”ın bundan öncəki prezidenti Ahmet Nur Çelebi idi.
Mənbə: qafqazinfo.az