Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 04 Dec 2023 09:59
Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.
Son oyunda “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək. Ağdam təmsilçisi bu oyunda qalib gəlməklə əsas izləyicilərindən daha da uzaqlaşacaq.
Bu turun “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) oyunlarında qalib müəyyənləşməyib. “Kəpəz” “Sabah”a 0:2 hesabıyla uduzubsa, “Neftçi” “Zirə”ni 1:0 məğlub edib.
Azərbaycan Premyer Liqası 15-ci tur 4 dekabr
“Qarabağ” – “Qəbələ” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.