ABB Mastercard-ın 2 mükafatını qazanıb

Tarix: 06.05.2024 10:13

Beynəlxalq ödəniş sistemi Mastercard ABB-ni 2 nominasiya üzrə mükafatlandırıb. Bankın Tam DigiCard debet kartı uğurlu məhsul buraxılışı nominasiyası üzrə mükafata layiq görülüb. ABB Mastercard-la uğurlu əməkdaşlıq nominasiyası üzrə də təltif olunub. Xatırladaq ki, ötən ilin sentyabrında təqdim olunmuş rəqəmsal Tam DigiCard debet kartı ilə bir çox bank əməliyyatlarını rahat, sürətli və illik limitsiz həyata keçirmək mümkündür. Kartı saniyələr içində ABB mobile tətbiqindən əldə edib, Apple Pay və Google Pay vasitəsilə dərhal istifadə etmək olar. Mastercard ödəniş sistemi ilə sıx əməkdaşlıq əsasında mütəmadi layihə və kampaniyalar həyata keçirən ABB müştərilərinə dünyanın hər yerində sərhədsiz üstünlüklər təqdim edir. Ümumilikdə, ABB ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər Lenti