- , 29 Dekabr, 2024
Tarix: 06.05.2024 13:14
Hər il olduğu kimi bu il də doğma çay “Azerçay” ənənəsinə sadiq qalaraq möhtəşəm çay festivalı təşkil edib. Laçın rayonunda ilk dəfə keçirilən tədbirə yerli əhali böyük maraq və həvəslə qatılıb.
Tədbirdə “Azerçay”, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyi, Dövlət Məşğulluq Agentliyinin və rəsmiləri çıxış edərək Qarabağda bu kimi layihələrin keçirilməsinin önəmindən danışıblar.
Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə peşə yarmarkası da təşkil edilib.
Sənan Şəfizadənin aparıcılığı ilə davam edən festival əyləncəli oyunlar, lotoreya və bir sıra maraqlı anlarla yadda qalıb. Milli rəqslərdən və incəsənət nümunələrindən ibarət şou proqram festivala rəng qatıb. Həmçinin azyaşlılar üçün master klasslar təşkil olunub.
“Azerçay” stendlərində qonaqlara çay təqdim edilib.
Qeyd edək ki, 40-dan artıq ölkədə vətənimizi təmsil edən doğma çay markası yerli fermer təsərrüfatlarının inkişafına da mühüm töhfə verir. Belə ki, Azərbaycanın cənub bölgəsində çay əkinçiliyi ilə məşğul olan minlərlə fermerin məhsulu dünya bazarlarından da baha qiymətə “Azerçay” tərəfindən satın alınır, onlara aqrotexniki dəstək göstərilir, müxtəlif təlimlər təşkil edilir.