Mərkəzi Bank “Atəşgah Həyat”ın vəzifəli şəxsini cərimələyib

Tarix: 10.05.2024 11:12

“Atəşgah Həyat” sığorta şirkətinin vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən cərimələnib.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.

“ASC-nin rəhbər şəxsi Mərkəzi Bank tərəfindən “Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və AMB-yə təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə” İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq cərimə edilib”- AMB-nin açıqlamasında qeyd edilib.

Xəbər Lenti