Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı enib

Tarix: 14.05.2024 08:56

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,58 ABŞ dolları və ya 0,68% azalaraq 84,48 ABŞ dolları təşkil edib.

Xəbər Lenti