- Şənbə, 28 Dekabr, 2024
Tarix: 15.05.2024 12:16
Cari ilin aprel ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 480 min barel səviyyəsində olub.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.
Agentliyin qiymətləndirməsinə görə, bu ilin martında Azərbaycanda neft hasilatı 480 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir.
Beləliklə, Azərbaycan aprel ayında "OPEC+" çərçivəsində kvotasından 71 min barel geridə qalıb.