Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşıb

Tarix: 16.05.2024 08:59

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bir qədər bahalaşıb.

“APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,61 ABŞ dolları və ya 0,7% artaraq 83,93 ABŞ dolları təşkil edib.

Ötən gün Azərbaycan nefti 83,33 dollara ticarət edilmişdi.

Xəbər Lenti