- Şənbə, 28 Dekabr, 2024
Tarix: 16.05.2024 12:11
2024-cü ilin ilin yanvar-aprel aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 23,8% azalaraq 13 milyard 633,4 milyon ABŞ dolları təşkil edib.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Son bir ildə ölkə üzrə ixrac 35,1% azalaraq 8 milyard 168,6 milyon ABŞ dolları, idxal isə 3,1% artaraq 5 milyard 464,7 milyon ABŞ dolları təşkil edib.
Xarici ticarət dövriyyəsinə 2 mlrd. 703,8 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə azdır.