Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı

Tarix: 16.05.2024 16:16

Cari ilin yanvar-aprel aylarında Azərbaycan İtaliyaya 1 537 616.27 min ABŞ dolları dəyərində 2 400 401 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 621 083,92 min dollar dəyərində 1 021 917,3 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Cari ilin yanvar-aprel aylarında bu ölkəyə 511 927.16 min dollar 802 548.88 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə 4 364 589.72 min dollarlıq 6 928 455.79 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın cari ilin yanvar-aprel aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (həcminə görə) təqdim edir:

Ölkələr

Miqdar (ton)

Statistik

dəyər ($, min)

Cəmi

6 928 455.79

4 364 589.72

1.

İtaliya

2 400 401

1 537 616.27

2.

İsrail

1 021 917.30

621 083.92

3.

Hindistan

802 548.88

511 927.16

4.

Almaniya

440 731.51

293 886.91

5.

Çerxiya

424 662.67

271 737.75

6.

Rumıniya

344 418.52

212 236.45

7.

Tailand

327 013.52

203 153.46

8.

Tunis

192 559.55

119 524.87

9.

Portuqaliya

190 119.80

117 424.46

10.

Xorvatiya

168 517.80

113 673.31

11.

Türkiyә

164 158.80

89 834.15

12.

Polşa

90 150.50

57 363.56

13.

Fransa

89 712.83

57 085.07

14.

İndoneziya

86 721.65

52 551.84

15.

İspaniya

76 534.64

39 881.49

16.

Yunanıstan

55 257.93

36 683.27

17.

Serbiya

31 558.85

17 516.40

18.

Böyük Britaniya

20 576.85

10 975.28

19.

Özbәkistan

893.20

434.09

Xəbər Lenti