“Naxçıvan Bank”dan Kapital Bank”a 184 milyon manat həcmində kredit portfeli ötürülüb

Tarix: 17.05.2024 10:21

“Naxçıvan Bank”dan Kapital Bank”a ötürülən kredit poetfelinin həcmi 184 milyon manat civarındadır. “APA-Economics” xəbər verir ki, bunu 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direkoru Fərid Hüseynov deyib. O bildirib ki, portfelininb 84,5 milyon manatı korporativ kreditlərin, qalan hissəsi isə qeyri-korporativ kreditlırin payına düşüb. Fərid Hüseynov əlavə edib ki, Kapital Bank-ın hansısa bankı, o cümlədən Naxçıvan Bank”ı almaq planı yoxdur. “2023-cü il üzrə ötürülən portfel bankın 3%-i civarındadır. Bu da kiçik rəqəmdir. Məqsəd müştərilərin rahatlığını yəmin etməkdir”- F. Hüseynov əlavə edib.

Xəbər Lenti